“Məlumat verildiyi kimi, Ombudsman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılan və 10 gün müddətinə inzibati qaydada həbs olunan Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryanı konfidensial qəbul edərkən həmin şəxslərin beynəlxalq və milli qanunvericiliyə əsasən hüquqlarının təmini vəziyyətini öyrənib və müraciətlərini dinləyib. Eyni zamanda, onların saxlanıldığı kameraya və gəzinti yerinə baxış keçirilib, saxlanma şəraitinin standartlara uyğun olduğu müəyyən edilib”.
Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı məlumat yayıb.
Qey edilib ki, qəbul edilmiş şəxslər saxlanma şəraitindən, onlarla rəftardan, qidalanmadan, habelə tibbi-psixoloji yardımdan razılıqlarını bildiriblər. Başçəkmənin gedişində həmin şəxslərin ailə üzvləri ilə telefon danışığı da təmin edilib. Bütün bunlar Azərbaycan dövlətinin həyata keçirdiyi humanist siyasətin bariz nümunəsidir.
Ermənistan seqmentində olan saytlar həyata keçirilmiş başçəkmə zamanı qəbul edilmiş A.Sarqsyanın qolunda olan və onun özünün də bildirdiyi kimi, bu ilin fevral ayında atası ilə şəxsi ailə təsərrüfatında işlədiyi zaman aldığı xəsarəti əsas götürərək Azərbaycanın göstərdiyi humanist siyasətə qarşı istifadə edirlər.