Sumqayıtda 64 yaşlı kişi qarın nahiyəsinin deşilmiş-kəsilmiş yaraları ilə xəstəxanaya daxil olub. Lent.az xəbər verir ki, hadisə Yaşıldərə yaşayış massivində baş verib.
Belə ki, 1959-cu il təvəllüdlü Əsəd Misir oğlu Əsədov ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-yə gətirilərək dərhal əməliyyat olunub. İlkin məlumata görə, 64 yaşlı Əsəd Əsədov öz tanışı tərəfindən bıçaq zərbəsi alıb.