Astroloqların araşdırmalarına görə, bəzi bürclərin sentyabr ayında üzü güləcək. Bu bürclərə şans qapıları açılacaq.
BAKU.WS xarici mətbuata istinadən sözügedən bürcləri təqdim edir:
Tərəzi
Sentyabr ayında Tərəzi bürclərinin şansı çox olacaq. Onlar hər işin öhdəsindən məharətlə gələcəklər. Qazancları artacaq. Onlar üçün düzgün investisiyalarla həm qazanclarını artıra, həm də maliyyə qaynaqlarını qiymətləndirə biləcəkləri bir ay olacaq.
Əqrəb
Sentyabr ayı Əqrəblər üçün digər aylara nisbətən daha axıcı və rəngarəng olacaq. Əqrəblər üçün yeni fürsətlər yaranacaq. Sadəcə düşünüb düzgün qərarlar vermək lazımdır.