Sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin ünvanına nalayiq ifadələr işlədən Rəşad İsmayılov barəsində Tərtər Rayon Polis Şöbəsinə müraciətlər daxil olub. Manset.az-ın əldə etdiyi məlumata görə, R.İsmayılov saxlanılaraq barəsində araşdırma aparılıb və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.
"Veçniy Rəşad" yenidən həbs olundu - FOTO
Məhkəmənin qərarı ilə R.İsmayılov 15 sutka inzibati qaydada həbs olunub.
Məlumatı DİN Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.