Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Şəmkirdə minik maşınının aşması nəticəsində ana və oğlu ölüb - YENİLƏNDİ

1 109
Paylaş:
Şəmkirdə minik maşınının aşması nəticəsində ana və oğlu ölüb -   YENİLƏNDİ

Şəmkirdə baş verən ağır qəzada ölənlərin kimliyi bilinib.

Ölən şəxslər 1980-ci il təvəllüdlü D.Nəbiyeva və onun övladı, 2002-ci il təvəllüdlü E.Nəbiyevdir.


Qeyd edək ki qəzaya düşənlər Tovuz rayon sakinləridir.

***

Saat 20:39

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alımıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı iki nəfər hadisə yerində ölüb.

Xəsarət alan dörd nəfər - sürücü, 1996-cı il təvəllüdlü Röyal Namazov, sərnişinlər, 1991-ci il təvəllüdlü Bahar Məmmədova, 1986-cı il təvəllüdlü Aygün Mustafayeva və 1969-cu il təvəllüdlü Mahir Bayramov xəstəxanaya yerləşdirilib./APA

Paylaş:

Ən son xəbərlər