ABŞ Qarabağa humanitar yardımın çatdırılması üçün Azərbaycan və Ermənistanla fasiləsiz işləyir.
Pravda.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Bəyanatda vurğulanıb ki, Qarabağda əhali üçün zəruri ərzaqların daşınması yollarını, o cümlədən əlavə təchizat marşrutlarını razılaşdırmaq və bütün həll edilməmiş məsələlərin müzakirəsini bərpa etmək üçün Azərbaycan və Qarabağdakı erməni azlıq nümayəndələri arasında təcili görüş keçirilməlidir.