Gözəlləşmək üçün keçirdiyi proseduralardan sonra bədəni çürüyən bloqer və model Leyla Mirzəliyeva yenidən əməliyyat olub.
Pravda.az xəbər verir ki, o, əməliyyatdan görüntülərini sosial şəbəkə hesabında paylaşıb.
L.Mirzəliyeva bildirib ki, cərrahi müdaxilə zamanı gözləri açıq olub:
"Gözüm açıq əməliyyat olundum. Mənə görə narahat olanlar, əməliyyatdan çıxdım, vəziyyətim yaxşıdır. Mən sizlərə izləyici kimi yox, dost kimi baxıram. Sizin dualarınız sayəsində özümü yaxşı hiss edirəm".