BURADA REKLAMINIZ OLA
BİLƏR

Zibeydə Sadıqovadan bu məşhur klinika şikayət edibmiş

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.


İclasda intizam komissiyasının vəkil Zibeydə Sadıqova ilə bağlı rəyinə baxılıb.
 

Məlum olub ki, Z.Sadıqovadan “Modern Hospital” şikayət edibmiş. Şikayət olunla əsaslandırılıb ki, vəkil icraatında olan mülki işlərin birində hospitalın kommersiya sirlərini açıqlayıb.


Zibeydə Sadıqova bildirib ki, iclasda hospitalın şikayəti araşdırılıb və əsassız olduğu elan edilib:

 

“Rəyasət heyəti də belə qənaətə gəldi ki, mənim hərəkətlərimdə hər hansı pozuntu qeydə alınmayıb. Bu əsasla intizam icraatına xitam verildi”.


Qeyd edək ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin bundan əvvəl keçirilən iclasında Zibeydə Sadıqovanın həyat yoldaşı Elçin Sadıqov və başqa iki vəkilin vəkillik fəaliyyətinin dayandırılması, Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə məhkəməyə müraciət edilməsi qərara alınıb./Qafqazinfo

Tarix: 1 Sentyabr 2023, 17:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin