"Bu ssenaridə Ermənistan mütləq şəkildə uduzacaq və nəticələr onun üçün görünməmiş dərəcədə fəlakətli olacaq". Pravda.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Moskvada yaşayan amerikalı politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Endru Koribko deyib.
O söyləyib ki, İrəvan Rusiyanı İkinci Qarabağ müharibəsinə cəlb edə bilmədi. Ona görə də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda əksini tapan bölgədən geri çəkilmə öhdəliyini həyata keçirməyi gecikdirmək üçün Fransanı prosesə qoşmağa cəhd göstərir: “İrəvan hesab edir ki, Moskva və Parisi öz xeyrinə bir-birinə qarşı oynada bilər, lakin bu yanaşma uğursuzluğa düçar olacaq. Rusiya və Ermənistan arasında qarşılıqlı inamsızlığın artma ehtimalı yüksəkdir. Bununla belə, Kremlin imkanları məhduddur, çünki o real olaraq nə İrəvanı geri çəkilməyə məcbur edə, nə də onun xarici siyasətinə nəzarəti ələ keçirə və Fransanın Cənubi Qafqaza müdaxiləsinə mane ola bilər”.