Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Qızıl Aypara Cəmiyyətinin baş katibi: "Danışıqlar aparılsa da heç bir nəticə yoxdur"

803
Paylaş:
Qızıl Aypara Cəmiyyətinin baş katibi: "Danışıqlar aparılsa da heç bir nəticə yoxdur"

Bu gün danışıqlar aparılsa da artıq axşam saatları olmasına baxmayaraq, heç bir nəticə yoxdur.

Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib.

Bildirib ki, biz gözləmə mövqeyindəyik:

"4-cü gündür ki gözləyirik. Müəyyən problemlər üzündən biz gətirdiyimiz 40 ton unu Qarabağ iqtisadi zonasında olan erməni əsilli sakinlərə təhvil verə bilməmişik. Amma bu istiqamətdə israrlıyıq. Nə qədər lazımdırsa biz burda gözləyəcəyik. Məqsədimiz, məramımız bəllidir. Gətirdiyimiz gördüyünüz 2 TIR 40 ton unu Qarabağ iqtisadi zonasında yaşayan erməni sakinlərinə çatdırmayana qədər biz bu ərazidən getmiyəcəyik. Bu gün də, danışıqlar aparıldı amma heç bir nəticə yoxdu"./APA

Paylaş:

Ən son xəbərlər