Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Pravda.az xəbər verir ki, iclasda ilk olaraq son dövrlər Vəkillər Kollegiyası tərəfindən görülən işlərin vəziyyəti və Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verilib.
Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş 1 vəkilliyə namizədin andiçmə mərasimi keçirilib. Bundan başqa, Vəkillər Kollegiyasının "Mübahisələrin alternativ həlli" Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir qrup vəkilin müraciətinə baxılaraq müsbət qərar qəbul edilib, eyni zamanda, Kollegiyanın "Biznes hüququ" Komitəsinin Əsasnaməsində və "Vəkil qurumlarının təșkili və fəaliyyəti haqqında" Qaydalara dəyişiklik layihəsinə baxılaraq müvafiq qərarlar qəbul olunub.