“Məlumdur ki, əslində, demək olar ki, əksəriyyət evdə qalmaqdan bezmir. Bir çoxları üçün evdə qalmaq çoxdankıa arzuları idi. Evdə qalanlar illərlə evdə qalan problemlərini həll etmiş oldular. xanımlar da razıdırlar ki, evlərində olan sınıq texnika, qapı-pəncərə, santexnika işləri, həyət-baca yeni görkəm alıb. Kişilər evdədir və axır ki, evdə illərlə yığılıb qalan problemləri həll etdilər”.
Deputat: “İnsanlar evdə qalmaqdan bezmir”
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.
R.Nurullayev qeyd edib ki, narazı qalanlar da çoxdur, çünki onların çörəyi gündəlik qazancdan çıxıb: “Onlar üçün evdə qalmaq stresdir. Bir də yaşlı nənə və babalarımız həyətdə gəzmək, hava almaq üçün çox darıxıblar. İnşallah, mayın 4-dən sonra karantin əsasən aradan qaldırılar. Qaldırılması vacibdir, lazımdır. İqtisadiyyat zəiflədikcə, insanlar evdə qaldıqca sosial vəziyyət daha də gərginləşir. Bunun üçün, vətəndaşlarımızdan xahiş edirəm ki, qaydalara, nizam-intizama əməl etsinlər, şəxsi qoryuyucu vasitələrdən imtina etməsinlər. Əgər xəstəlik azalmağa doğru getməzsə, qaydalar yenidən sərtləşdiriləcək. Hər şey özümüzdən asılıdır və İnşallah, mayın 4-dən sonra da həkimlərin və Operativ Qərargahın tövsiyyələrinə əməl edək. 4 may karantinin son günü olsun. Biz isə söz veririk ki, qaydalara əməl edəcək və xəstəlyin yayılmaması üşün çalışacağıq! Mayın 4-dən sonra evdən çıx və qtisadiyyatı dirçəltmək üçün əmək sərf et!”