Cəlilabadda saxlanılan narkokuryerlərdə 13 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr aşkarlanıb. Araşdırmalarla onların həmin narkotik vasitələri satışının təşkil olunmasından ötrü paytaxt ərazisinə gətirmək tapşırığı aldıqları müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Bəhruz Hüseynov və Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Cavid Bayramov saxlanılıblar.