"Azərbaycan Hava Yolları" aviaşirkətinin 1 sentyabr tarixində J2-078 İstanbul-Bakı marşrutu üzrə planlaşdırılan reysin icrası texniki səbəbdən - təyyarənin göyərtəsindəki kompüter sistemində yaranmış nasazlıq səbəbindən təxirə salınıb.
"Azərbaycan Hava Yolları" QSC-dən verilən məlumata görə, texniki xidmət işçilərinin problemi dərhal həll etməyə çalışmalarına baxmayaraq bu proses əlavə vaxt tələb edib.