Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Məşhur hind aktyoru vəfat etdi

1 621
Paylaş:
Məşhur hind aktyoru vəfat etdi

Hindistanın tanınmış aktyoru Rişi Kapur vəfat edib.

Pravda.az-ın xəbərinə görə, NDTV telekanatının məlumatında bildirilir ki, R. Kapur 68 yaşında Mumbai şəhərindəki klinikalardan birində xərçəngdən dünyasını dəyişib.

Bollivudun məşhur aktyorlarından olan R. Kapur görkəmli aktyor və rejissor Rac Kapurun oğludur.

R. Kapura uğuru baş rolda çəkildiyi “Bobbi” filmi (1973) qazandırıb. Filmin rejissoru R. Kapur olub. Həmin il E. Kapur Hindistanda ilin aktyoru seçilib.

Bundan başqa, onun çəkildiyi “Qisasçı”, “Ömər, Əkbər, Antoni”, “Məhəbbət xəstəliyi” və digər filmlər dünyada, xüsusən də keçmiş SSRİ məkanında çox sevilib.APA

Paylaş:

Ən son xəbərlər