Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Abbas parka heyvanla gələnlərə səsləndi: "Parkı pis iy götürür"

924
Paylaş:
Abbas parka heyvanla gələnlərə səsləndi:     "Parkı pis iy götürür"

Əməkdar artist Abbas Bağırov heyvanla parka gedən insanlara səslənib. Axşam.az xəbər verir ki, müğənni itin parkı çirkləndirməsini, sahibinin isə buna əhəmiyyət vermədiyini bildirib:


"İnsanlar itlə parka gəlirlər və heyvana imkan verirlər ki, otun, gəzilən səkinin üstünü çirkləndirsin. Olsun, amma insan özü ilə balaca torba gətirib, onu götürməlidirlər. Dəfələrlə olub ki, insan yol gedib, onu görməyib və tapdalayıb. Parkı pis iy götürür. Parkın rəhbərliyi buradan lövhə asmalıdır: İtlər sahibləri ilə parka gələndə, nəsə edəndə onu yığışdırsın. Sevdiyin heyvandırsa, onu təmizləməlisən". 

Paylaş:

Ən son xəbərlər