Azərbaycan tərəfinin təşəbbüsü ilə 2 sentyabr 2023-cü il tarixində İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) Üzv Dövlətlərin Dövlət Başçılarının Xarici Siyasət Məsələləri üzrə köməkçilərinin qeyri-rəsmi görüşü keçirilib.
Bu barədə TDT-nın mətbuat katibliyi məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də iştirak etdiyi görüş zamanı Təşkilatın gündəliyində duran müvafiq məsələlər müzakirə olunub, üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.