Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda ər arvadının boğazını kəsərək öldürdü – RƏSMİ AÇIQLAMA

1 084
Paylaş:
Azərbaycanda ər arvadının boğazını kəsərək öldürdü –       RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq Abşeronda arvadını öldürən kişinin tutulması ilə bağlı rəsmi məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, ilkin araşdırmalarla aprelin 29-da saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirib qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub. K.Zeynalov həmçinin qeyd edib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş:

Ən son xəbərlər