Tərtər mənzildən oğurluq edən şəxs saxlanılıb.
Şəhərin Nizami küçəsində yaşayan şəhid ailəsi Vəfa Aslanova polis şöbəsinə müraciət edərək bildirib ki, evdə olmadığı vaxt onun evindən naməlum şəxs pul və zinət əşyaları, bank kartı, müxtəlif sənədlər oğurlayıb.
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağcabədi rayon Sarıcalı kənd sakini Rabil Aqil oğlu Əhmədov tutularaq istintaqa cəlb edilib.