Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxanın sentyabrın 1,2 və 3-də Konqres Mərkəzində keçirilən "Biri var" adlı canlı solo konsertinin iki günü qeridə qalıb.
Pravda.az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi gecədə repertuarında yer alan, eyni zamanda yeni "14/41" albomuna daxil olan 22 mahnı səsləndirib.
Səhnə şousu üçün Röya xaricdən bahalı "Kuka" robotunu gətizdirib. Sözügedən robotun köməyi ilə müğənni bir neçə dəfə göyə qalxıb və mexanizmə birləşən kvadrat qurğunun içində uzanaraq mahnılarını ifa edib.