İraq əsilli qaçqın Salman Momika İsveçin Malmö şəhərində daha bir quranyandırma aksiyası təşkil edib.
İsveçdə Quranın yandırılmasına görə çox sayda adam saxlanıldı
Aksiya kütləvi iğtişaşa səbəb olub. Miqrantların yaşadığı məhəllədə baş verən qarşıdurmada 200-dən çox adam iştirak edib.
Aksiyanı təşkil edən şəxs hadisə yerindən uzaqlaşsa da, narazı kütlə ərazini tərk etməyib. Onlar polis kordonunu yarmağa cəhd ediblər. Qarşıdurma zamanı ondan çox adam saxlanılıb./APA