Sentyabrın 3-də günorta saatlarında Ucar rayonunun Qazyan kənd sakini Ə.Hüseynlinin kəsilmiş-deşilmiş xəsarət alması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən onun həmkəndlisi və əmisi oğlu D.Abdullayev saxlanılıb.