"Pul danışıqları seriyasından! Göründüyü kimi, Avropanın ən dəhşətli, qanlı və cinayətkar separatçı qurumu olan qondarma “Dağlıq Qarabağ Respubkiasının” “yubileyi” ərəfəsində Ermənistan hökumətinin və Ermənistanın lobbi qruplarının göstərişi ilə yeni dezinformasiya və manipulyasiya kampaniyasına start verilib”.
Pravda.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında paylaşımında bildirib.
“Ən azı, biabırçı şəkildə olsa da, NATO-nun keçmiş baş katibi təbliğat kampaniyasına görə Ermənistan hökuməti tərəfindən pul aldığını inkar etmir (qəbzin surəti əlavə olunur).