Son vaxtlar adı tez-tez medianın gündəmindən düşməyən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sədri Cahangir Əsgərovun bu şirkətdəki 27 illik karyerasına nəhayət son qoyuldu. O, sentyabrın 1-də ölkə başçısının sərəncamı ilə tutuduğu vəzifədən azad edilib. AZAL-dakı vəzifəsini itirən Cahangir Əsgərovun ali təhsil ocağında dərs dediyini yəqin ki çoxları bilmir. Modern.az saytının məlumatına görə, AZAL-ın rəhbəri həm də Milli Aviasiya Akademiyasında çalışır.
Belə ki, o, hazırda Akademiyanın Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsini tutur.