"Posat” Bağ Tikinti Kooperativi ilə keçmiş deputat Qalib Salahzadə arasında məhkəmə çəkişməsi davam edir. Qaynarinfo xəbər verir ki, bu ilin mart ayında işə Ali Məhkəmədə baxılıb və yenidən apellyasiya instansiyasına qaytarılıb. İş hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşid Səmədovun icraatındadır.
Cavabdeh qismində Bilgəh bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi təmsil olunur.