Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Tərtər rayonunun Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləmiş Tofiq Kərimovun cinayət işinin istintaqı çərçivəsində dindirilib. Bu barədə Gununsesi.info-ya daxil olan məlumatda bildirilir ki, icra başçısı 4 saata yaxın istintaqın suallarını cavablandırıb.
Məlumatda o da bildirilir ki, istintaq çərçivəsində baş memar Tofiq Kərimovun tikintiyə icazə üçün rüşvət aldığı bir neçə vətəndaş da şahid qismində dindirilib.
Qeyd edək ki, ötən ay Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirlərilə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləyən Tofiq Kərimov vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.