“Babam dünyasını dəyişəndən sonra 40-na qədər Nəsibə xanım insult keçirdi. Sonra xəstəxanaya yerləşdirdik, bir az sağaldı. İkinci dəfə yenidən insult oldu. Bu xəstəliklər onun səhhətini pisləşdirdi. Ölümündən bir il əvvəl isə yaddaşını itirməyə başladı. Şəkər xəstəsi olduğu üçün son yeddi ayda ayaqlarında qanqren yarandı. Biz fikirləşdik ki, bəlkə onu əməliyyat etdirək, amma həkimlər dedilər ki, onun ürəyi tab gətirməz”.
Bu sözləri mərhum Xalq artisti Nəsibə Zeynalovanın nəvəsi Nəsibə xanım deyib.