Sumqayıtda aliment ödəməyən ata keçmiş arvadı və icra məmurunu unikal şəkildə aldadıb. Lent.az xəbər verir ki, Sumqayıt şəhər məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Muxtarzadə 20 sutka inzibati cəza alıb.
İttihama görə, E.Muxtarzadə aliment ödəməkdən boyun qaçırmaq üçün inzibatçını və ailəsini aldadaraq ümumilikdə 13200 manat dəyərində ziyan vurub. Belə ki,o, hər ay aliment ödənilən tarixdə övladına anasından gizli şəkildə bank kartını götürüb onun yanına gəlməsini deyib. Bank hesabına onlayn şəkildə ödənişi edən E. Muxtarzadə dərhal kartdan pulu çıxarırmış. Bu yolla inzibatçını aldadıb və qəbzləri göstərərək ödənişlərin hamısını vaxtında etdiyi deyib.