Uzun müddətdir müğənni Afət Fərmanqızı ilə qalmaqal yaşayıb onu məhkəməyə verən Xalq artisti Flora Kərimova sükutu pozub.
Yenisabah.az xəbər verir ki, 83 yaşlı sənətçi haqqında səsləndirilən iddialara ümumi açıqlama verib:
"Bəziləri qarşı tərəfi situasiyadan çıxarmaq üçün deyir ki, mənə bu yaraşmır. Bəziləri məni istəyərək deyir ki, sən əsəbini, səhhətini belə şeylərə xərcləmə.
Ancaq mənim yerimə siz cavab vermirsiniz. Mənim yerimə siz əsəbləşmirsiniz, ailəmin namusunu qorumursunuz, övladlarımın gələcəyini düşünmürsünüz, mənim əvəzimə oğlumun namusundan nigaran deyilsiniz, sizə bunu demək asandır.
Mən anayam! Məndən başqa burada heç kəs yoxdur ki, ağzını açıb bir söz desin. Bilirsiniz ki, qanunlar da burada çox vaxt işləmir. Burada "tapşırıq" hökm sürür. O qədər canlarını qorxu alır ki, bir tapşırığa yox deyə bilmirlər.
Mənim işlərim həmin tapşırıqlarla idarə olunur. Demirəm meydanda tək qalmışam, göydə Allah, onun mənə verdiyi iradə, ağıl və sizlərin mənə olan dayağı bəsimdir!"