"Atam ad gününü keçirtməyi xoşlamazdı. Yalnız yubileyi olanda tədbir edərdi. Mən də atama oxşamışam, ad günü keçirtməyi sevmirəm. Atam səhnədə elə bir obraz yaratdı ki, səsi gələn kimi hamının üzündə təbəssüm yaranır. Həyatda, evdə, ailədə ciddi idi. Tam fərqli bir insan idi. Atamı evdə deyib-gülən görməzdik. Amma onun sözlərinə biz gülürdük. O, ciddi bir söz deyirdi, biz isə gülürdük". Axşam.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Eldar Aslan "Sabahın xeyr, Azərbaycan!” verilişində deyib. O, atası ilə bağlı xatirələrindən danışıb:
"Atam məni uşaqlıq illərində çox qoruyurdu. Onunla bütün qastrol səfərlərində iştirak etmişəm. Atam hara gedirdisə, məni də özü ilə aparırdı. Mənim ikinci atam Yaşar Nuri idi. Çünki atam məni çox zaman Yaşar müəllimə tapşırırdı ki, ona bax. Yaşar müəllim də məni bulvara aparıb, gəzdirirdi. Üzərimdə onun zəhməti böyükdür. Qrim otağında çox zaman otururdum. Orada hamı atamın başına dolanırdı. Mən də fəxrlə oturub, "Siyavuşun oğluyam" deyirdim".
Anası, aktrisa Ofeliya Aslanla atasının münasibətlərindən bəhs edən E.Aslan bildirib ki, valideynlərinin ayrılmasına səbəb dedi-qodular olub: