Bir neçə gündür Xalq artisti Flora Kərimova ilə bağlı sosial şəbəkələrdə müxtəlif videoçarxlar çıxır. Üzərində müğənniyə qarşı təhqirlər yazılmış çarxda Flora Kərimova Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya, ümumən, Osmanlı türklərinə qarşı, yumşaq desək, hədyanlar səsləndirir.
Pravda.az Yenisabah.az-a istinadən xəbər verir ki, sənətçi məsələyə aydınlıq gətirərək açıqlama yayıb.
O, Nuru Paşa haqda dediklərinin tarixi fakt olduğunu bildirib:
"Ay cahillər, ay savadsızlar, ay biveclər, tarixi bu qədər dəyişdirmək, unutmaq olarmı? Hələ 1 əsr keçib. Vətənə, torpağa bu dərəcədə hörmətsizlik olarmı? Məni nədə suçlayırsınız? Mənim boynuma nəsə qoymaqla nə dəyişir?
"Qurban olduğum" dediyin o paşan rus qoşunlarını bura gətirməsəydi, mən bu gün rus dilində danışacaqdım?! Mənim Vətənimi almaq istəyən, dilimi də alıb. Rus gəlib neylədi? 3-4 dəfə əlifbamı dəyişdi, aldatdı, 37-ni, Xocalını törətdi., Qarabağı əlimizdən almaq isdədi. O rusu bura qurban olduğunuz paşanız gətirdi! Bu, tarixdir, dəyişəcəksiniz? Flora niyə rus dilində danışır? Hamısını edən sənin paşan oldu... Bu, həqiqətdir. Ərdoğan da bu həqiqəti dilinə aldı. Bunlar mənim fantaziyam deyil. Bu, tarixçilərin elmi məqalələrində yazdıqları, araşdırmalarıdır".
Sənətçi sözügedən səs yazılarını yayanları da tənqid atəşinə tutub, hətta onları təhqir edib:
"Xalqının faciəli tarixini öz qırışsız beyninə görə dəyişmək istəyənin nə kişiliyinə hörmət olar, nə kimliyinə, nə mənliyinə, nə vətəndaşlığına. Tarixini unutmaq əksiklik, bilməmək isə cinayətdir.