Amerika Qida və Dərman Administrasiyasının (FDA) dərman firması "Gilead Sciences” şirkətinə aid olan "Remdesivir” pereparatının üçüncü mərhələ test nəticələrinin müsbət olduğunu və dərmanı təsdiqləməyi planlaşdırdığını açıqlayıb.
Pravda.az xəbər verir ki, "The New York Times” xəbər verir ki, FDA-nın idarə heyətindən verilən açıqlamaya görə, COVID-19 xəstələrini müalicə etmək üçün sınanılan "Remdesivir” antiviral pereparatı üçün istifadə icazəsinin verilməsi planlaşdırılır. Bununla birlikdə ABŞ-ın dərman firması "Gilead Sciences” koronavirus xəstələrinin müalicəsində "Remdevisir”in istifadəsinə dair müsbət nəticələr əldə etdiyini bildirib.