Çingiz Abdullayevdən çox yazdılar, amma indi deyəcəyim məqamı heç kim tutmadı. Demək, Çingiz müəllim Anardan sonra AYB sədrliyinə namizəd kimi adı ən çox hallanan adamdır. Anar xəstəliyini bəhanə gətirərək onu "Azərbaycan dili və ədəbiyyatı forumu"na qəsdən öz nümayəndəsi kimi göndərdi.
Yoxsa adam nə qədər məntiqsiz olar ki, Rəşad Məcid, Elçin Hüseynbəyli, İlqar Fəhmi, Səlim Babullaoğlu kimi Azərbaycan dilində səlist yazan və danışan katibləri qoyub, bu dillə bağlı foruma bu dildə bir cümlə də yazıb-danışa bilməyən adamı göndərsin?
Məqsəd?
Əlbəttə, biabır etmək!