“AStar” layihəsinin budəfəki buraxılışı mərhum Əməkdar artist Əsgər Məmmədoğluya həsr edilib.
İstedadlı aktyor Ələsgər Məmmədoğlu kiçik, bəzən özünün də dediyi kimi, üçüncü dərəcəli rolların mahir ifaçısı olub. O, canlandırdığı epizodik rollarla yaddaşlarda qaldı. Aktyorun uşaqlıq illəri “Kubinka”da keçib. Dörd bacı, iki qardaş olublar. Atasını itirdikdən sonra ailəsinin yükü Ələsgərin çiyinlərinə düşüb. 16 yaşında işləməyə başlayan Ələsgər tum, dondurma sataraq ailəsinin dolanışığını təmin etməyə çalışıb.
Uşaqlıqdan teatr tamaşalarına baxmağı çox sevirmiş. Böyüyən zaman aktyor olacağına qərar verib. Lakin anası onun aktyor olmağını istəməyib. Sonra o, sənədlərini İncəsənət İnstitutuna verib. Gündüz Musiqili Komediya teatrında fəhlə, gecə isə Tədris Teatrında mühafizəçi olaraq çalışıb.