Bir çoxlarının sevimli meyvələrindən olan üzümü bəziləri ya tumsuz alır, ya da yeyərkən onu çıxarır. Ancaq bu davranışların hər ikisinin yanlış olduğunu bilmək lazımdır. Üzüm tumları bir sıra xəstəliklərdən qorumağa kömək edir.
Onlardan bəzilərini təqdim edirik.
Üzüm tumu tərkibindəki sağlam yağlar sayəsində oynaqlarda artritin qarşısını alır. O, həmçinin artritin səbəb olduğu şişlik və ağrıları aradan qaldırmağa kömək edir.
Tərkibindəki “E” və “C” vitamini, həmçinin sağlam yağ turşuları sayəsində dəri sağlamlığını dəstəkləyir, hamarlayır və dəridə cizvələrin, sızanaqların yaranmasının qarşısını alır. Kollagen istehsalına töhfə verən üzüm tumu qırışlardan qoruyur və gənc görünüşə səbəb olur. Bundan başqa, dəridəki ölü hüceyrələrin bərpasına kömək edir. Beləliklə də yaraların daha tez sağalmasına imkan verir.