Xaçmazda qadının qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.
Hadisə zamanı xəsarət alan və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan rayonun Yeni Həyat qəsəbə sakini, 1982-ci il təvəllüdlü Turabov Şamil Mirzəbəy oğlu "Report"un Şimal burosuna bildirib ki, eyni ünvanda yaşadığı həyat yoldaşı, 1980-ci il təvəllüdlü Turabova Aynurə Abdulla qızı ilə aralarında ailə münaqişəsi zəminində mübahisə düşüb.