Bakının Xətai rayonu ərazisində zibil qutuları avtobus zolağının üzərinə yerləşdirilib. Xezerxeber.az-ın məlumatına görə, söhbət “Ukrayna dairəsi”, Neapol küçəsindən gedir.
Avtobuslar üçün nəzərdə tutulan dayanacaqda tullantıların atılması üçün altı konteyner qoyulub.
Zibil qutularından birinin qapağı qırıq olduğundan iy ətrafı bürüyüb. Ona görə də sərnişinlər zibil qutularının yerinin dəyişdirilməsini istəyiblər.