Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni qüvvələrinin nəzarətində olan ərazilərdə keçirilən qondarma seçki haqqında bəyanat yayıb.
Bəyanat nazirliyin rəsmi səhifəsində dərc olunub.
“Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni qüvvələrinin nəzarətində olan torpaqlarda keçirilən “seçki” regionda beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür. Bu addım BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in prinsipləri də daxil olmaqla beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.