“Ermənistan və Azərbaycan regionda qoşunların təmas xətti boyunca yerləşdirməyə davam etdiyi üçün Cənubi Qafqaz regionunda vəziyyət sürətlə pisləşir”. Bu barədə İranın Mehr xəbər agentliyi yazır.
Agentlik regionda gedən prosesləri şərh edərkən vurğulayıb ki, “İran vəziyyəti diqqətlə izləyir və öz qapısında heç bir geosiyasi dəyişikliyə dözməyəcəyini açıq şəkildə bildirib”.
Məqalədə daha sonra vurğulanır: “Son bir neçə gün ərzində Bakı və İrəvan bir-birini yeni böyük hərbi eskalasiyaya cəhd etməkdə ittiham edib. Sosial mediada yayılan videolar və fotolar göstərir ki, hər iki ölkə sərhəd boyu öz qoşunlarına əlavə qüvvələr yerləşdirdiyi üçün bu iddialar reallığa söykənə bilər.
Paralel olaraq, Bakı və İrəvan liderləri gərginliyin ciddi şəkildə artacağını açıq şəkildə gözlədikləri üçün regional və beynəlxalq səviyyədə ayrı-ayrı diplomatik görüşlərə başlayıb.