Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu, əsgər Cəfərov Kənan Bəhmən oğlunun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi barədə Bakı hərbi prokurorluğuna məlumat daxil olub.
Respublika Hərbi Prokurorluğundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bakı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.