BURADA REKLAMINIZ OLA
BİLƏR

İran Baş Qərargahının İdarə rəisi: İranın Azərbaycanla sərhədə qoşun toplaması barədə məlumat tamamilə əsassızdır

İranın Azərbaycanla sərhədə qoşun toplaması barədə məlumat tamamilə əsassızdır. Bunu APA-ya açıqlamasında İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əlaqələr və Müdafiə Diplomatiyası İdarəsinin rəisi general-mayor Məhəmməd Əhədi bildirib.


Məhəmməd Əhədi deyib ki, hazırda İran hərbi nümayəndə heyəti birgə Komissiyanın iclasında iştirak etmək üçün Bakıda səfərdədir: Nümayəndə heyətinin iclasdan əvvəl Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşdə keçirib və görüşdə hərbi sahədə əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəlinib”.

Tarix: 10 Sentyabr 2023, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin