BURADA REKLAMINIZ OLA
BİLƏR

XİN: Ermənistanın hərəkətlərinin açıq şəkildə pislənməsini gözləyirik

Ermənistanın düşünülmüş hərəkətlərinin açıq şəkildə pislənməsini gözləyirik.

 

Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

 

"Ağdamda erməni silahlı birləşmələrinin diversiya qrupunun yerləşdirdiyi minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb.

 

2020-ci ildə müharibənin başa çatmasından bu günə kimi 306 azərbaycanlı mina və partlamamış hərbi sursatların qurbanı olub.

 

Biz bu cür düşünülmüş hərəkətlərin açıq şəkildə pislənməsini gözləyirik", - XİN rəsmisi qeyd edib.

Tarix: 10 Sentyabr 2023, 18:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin