BURADA REKLAMINIZ OLA
BİLƏR

Abşeron-Xızı Regional Təhsil İdarəsini 10 manatlıq şirkət təmir edəcək – 1,2 milyona

Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Sənaye və Mülki Tikinti-E-93” MMC olub.

 

Yeniavaz.com xəbər verir ki, “Sənaye və Mülki Tikinti-E-93” MMC Abşeron-Xızı Regional Təhsil İdarəsini əsaslı təmir edəcək.

 

Əsaslı təmir işlərinin satınalınmasına görə İdarə “Sənaye və Mülki Tikinti-E-93” MMC-yə 1 milyon 240 min 73 manat 94 qəpik ödəyəcək.

 

Nizamnamə kapitalı 10 manat olan “Sənaye və Mülki Tikinti-E-93” MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10, mənzil 10 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Vəliyev Yavər Şirin oğludur.

Tarix: 11 Sentyabr 2023, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin