Bir müddət öncə müğənni Rəqsanə İsmayılovanın qızı Aysundan boşanan Eşqin Cəlilov yeni münasibətə başlayıb. Yenisabah.az xəbər verir ki, bu barədə özü məlumat yayıb.
Bundan əvvəl əlində şərab qədəhi, həzin musiqi sədaları altında görüntülərini paylaşan Cəlilovun müzakirələrə səbəb olmuşdu. Onun paylaşımına "Daş kimi qızsan, ancaq domino daşı. Əldən-ələ keçirsən..." - şərhi yazması hər kəsi çaş-baş salmış, keçmiş xanımı üçün darıxması söz-söhbəti doğurmuşdu.