Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Sosial şəbəkələrdə dərc olunan rəqabət qanunvericiliyinin pozulması halları araşdırılacaq

629
Paylaş:
Sosial şəbəkələrdə dərc olunan rəqabət qanunvericiliyinin pozulması halları araşdırılacaq

Rəqabət qanunvericiliyinin pozulması hallarının araşdırılması üçün əsaslar müəyyənləşib.

Milli Məclisə daxil olan Rəqabət Məcəlləsində əksini tapıb.

Layihəyə əsasən, aşağıdakılar rəqabət qanunvericiliyinin pozulması hallarının araşdırılması üçün əsasdır:

- rəqabət qanunvericiliyinin pozulmasına dair bazar subyektləri və ayrı-ayrı şəxslərdən daxil olan sənədlər, məlumatlar və müraciətlər;

- mediada (eləcə də sosial şəbəkələrdə) dərc olunan rəqabət qanunvericiliyinin pozulması əlamətlərini əks edən məlumatlar;

- müvafiq bazarda rəqabət orqanının həyata keçirdiyi monitorinqlər, təhlillər və yoxlamalar nəticəsində aşkar olunmuş rəqabət qanunvericiliyinin pozulması əlamətləri;

- rəqabət orqanı tərəfindən qanun pozuntularının aradan qaldırılması barədə verilmiş göstərişlərin yerinə yetirilməsi vəziyyətinin yoxlanılması.

Paylaş:

Ən son xəbərlər