Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Ceyhun Bayramov İsveçrəyə işgüzar səfərə yola düşdü

594
Paylaş:
Ceyhun Bayramov İsveçrəyə işgüzar səfərə yola düşdü

Sentybarın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.

XİN-dən verilən məlumata görə, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində çıxışı, bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Cenevrədəki Ofisinin və digər ixtisaslaşmış qurumların rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Səfər zamanı həmçinin nazir Ceyhun Bayramovun bir sıra tədbirlər, o cümlədən BMT-nin Cenevrədəki Ofisində “Azərbaycan” otağının açılış mərasimində iştirakı planlaşdırılıb.

Paylaş:

Ən son xəbərlər