Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Tanınmış aparıcı “Azərişıq”dan şikayətçidir - FOTOFAKT

1 078
Paylaş:
Tanınmış aparıcı “Azərişıq”dan şikayətçidir -     FOTOFAKT

"Sabaha Saxlamayaq" proqramının aparıcısı, jurnalist Ürfan Məmmədli "Azərişıq” ASC-dən şikayətçidir.

O, bu barədə “Facebook” hesabında paylaşım edib.

Aparıcının sözlərinə görə son 1 aydan da az bir müddətdə istifadə etdiyi elektrik enerjisinə görə 150 manat işıqpulu gəlib:

""Azərişıq"da kimdirsə, birdən varlanmaq istəyir. Əks halda bunun adı talandır!!! "Qaynar xətt"ə zəng vurdum, növbə 20-dən yuxarı idi. Görünür, hamıda eyni şikayətdir. Avqustundan 14-dən bəri “Azərişıq” ASC yazdığı işıq borcu 150 manatı keçib. Üstəlik, nəzərə alaq ki, bu bir ayın bir həftəsini Bakıda olmamışıq. Havaların sərin olduğu günlərdə isə kondinsioner işlətməmişik.

Məbləğ çox deyilmi? Qonşumuz təqaüdçü xanımdır. Nə kondisioneri var, nə də kombisi... Saat 11 olmamış yatır. Ona da 130 AZN borc gəlib. Halbuki əvvəlki ay cəmi 17 AZN olub", -deyə aparıcı qeyd edib.

Məsələ ilə bağlı “Azərişıq”ASC-yə müraciət etsək də, qurumdan hər hansı açıqlama verilməyib. 

Paylaş:

Ən son xəbərlər