BURADA REKLAMINIZ OLA
BİLƏR

“Pulumu 3 qat artıq qaytarasa belə, onu bağışlamayacağam”

“O, ailəmə şər atıb. Mən onu heç vaxt bağışlamaram”.

 

Pravda.az Olay-a istinadla xəbər verir ki, bu sözləri əməkdar artist Cavanşir Məmmədov “Tarixin bir günü” verilişində keçmiş kürəkəni Mustafa Kemal İbil haqda açıqlamasında deyib. 

 

Müğənni Mustafa Kemal İbilin ondan aldığı pulu 3 qat artıq qaytaracağı təqdirdə belə, onu bağışlamayacağını vurğulayıb. 

 

Xatırladaq ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. İddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb.

 

M.Kemal İbili dələduzluqda təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Tarix: 11 Sentyabr 2023, 17:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin