Paytaxtın mərkəzi küçələrindən birində faəliyyət göstərən telefon mağazasının sahibi 1 ilə yaxındır sosial şəbəkələrdə dələduzluq edən şəxsin oyununa tuş gəlib.
Pravda.az Xəzər TV-yə istinadən xəbər verirk i, həmin şəxs bahalı nömrələri internet üzərindən satdığını bildirirək vətəndaşdan beh alır. Sonra isə yaxınlaşıb mağazadan götürməsini bildirir.
“Müştəri mağazaya gəldikdə isə aldadıldığını öyrənir.”
Mağaza sahibi Səttar Məmmədov deyir ki, gün ərzində 10-15 nəfər mağazaya yaxınlaşaraq beh verdiklərini deyirlər.