BURADA REKLAMINIZ OLA
BİLƏR

Surət Hüseynovun məzardaşına bu sözlər yazıldı - FOTO

Türkiyədə vəfat etmiş və cənazəsi Gəncəyə gətirilərək dəfn edilən sabiq baş nazir Surət Hüseynova məzardaşı qoyulub.

 

Bununla bağlı barədə Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı foto paylaşıb.

 

Fotodan görünür ki, S.Hüseynovun məzardaşının üzərinə onun Azərbaycanın Milli Qəhrəmanı olması yazılıb.

 

Həmçinin başdaşına epiqraf kimi bu sözlər yazılıb: "Vətənimi, dövlətimi, millətimi, xalqımı çox sevdiyim üçün sevənlərim də, məni qısqanan düşmənlərim də çox oldu!”

 

Qeyd edək ki, Surət Hüseynov bu il avqustun 1-də İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib. O, Gəncə şəhərindəki 4 saylı qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb./Qafqazinfo

 

Tarix: 12 Sentyabr 2023, 10:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin